
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE
Tarix: 27 05 2025 16:20
Bu gün Qərbi Azərbaycan poeziyası onun paradiqmatik məzərəsi iki yüz ilin ağrı-acılarını öz ciynində daşımağa məhkumdur.Və təəssüf ki, bu proses indi özünün yurda qayıdış prosesinin fəsli payızını yaşayır. Bu sözləri Azportal.az-a "Qərbi Azərbaycan poeziyası" rubrikasının qonağı Şəfayət Avılbəyli bildirib. O, qeyd edib ki, orta və ali məktəblərdə qədim yurd yerlərimizlə bağlı detallı dərsliklər hazırlanmalıdır. Tarixi sübutlar ayrı, poeziyaya cilalanmış tarixi faktlar ayrı.
"Şəxsən Qərbi Azərbaycan poeziyası mənim üçün əsir qalmış qız övladıdır. Yanğısı heç silinməz. Şübhəsiz, qaçqınlıq xalqımızın taleyində böyük dərddir. Köçkünlük, öz elindən didərgin salınmaq bir xalqın ümidini əlindən almaq kimidir. Böyük ustad Həsən Mirzənin Dərələyəz dərdi bütün elatın harayıdır. Düşümnürəm ədəbi çağırışlar milli ruhun oyanışına ən böyük təsir mexanizimi. vuran və dərd üstündə yaşayan ürəyidir. Bu vətən nisgilli şeirlər bizim yurdsuz taleyimizin tablosudur".
Ömür sarayımı sökür həsrətin,
Gözümdən qanlı yaş tökür həsrətin,
Qəddi-qamətimi bükür həsrətin.
Həsrətdən ağarıb tel, Dərələyəz!
Dərdindən yay olub bel, Dərələyəz!
Biz necə talelelər yaşamışıq, bax bizim poeziya budur “Göyçəlilər, dağılmayın Göyçədən” çağırışının “Hüseyn Arif, dağılmışıq Göyçədən” cavabına qədər bir tale yaşamışıq.
Təcavüz baş verdi, qırğın başladı,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
Ələsgərin ruhu qaldı kimsəsiz,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
Yağı düşmən təzələdi dərdimi,
Söngümüşdü köz elədi dərdimi,
İlmə saldı, çözələdi dərdimi,
Hüseyn Arif, dağılmışıq Göyçədən.
Biz bu şeirlərlə daha var olduğumuzu anlayırıq
Qərbi Azərbaycan poeziyasında bədii düşüncə bütün parametrlərdə reallığı əks etdirməyə köklənməklə, həm də tarix olma faktı ilə diqqət önünə gətirir. Bu poeziyada, xüsusilə də Qərbi Azərbaycan mühitinin sənətkarlarının yaradıcılığında spesifiklik xüsusi yer tutur. Müasir Azərbaycan ədəbiyyatının istedadlı şairi Mahirə Nağıqızının həm elmi araşdırmaları, eyni zamanda poeziyası bizim ruhumuzun dərmanıdır. Biz bu şeirlərlə daha var olduğumuzu anlayırıq.
Aman Allah, vüqara bax dağlarda,
Gül-çiçəyə dastan qoşur dağlar da,
Gənclik itib qalıb ötən çağlarda,
Mən bu ömrün payızında gəlmişəm.
Məşhur alman dilçisi Humbolt vurğulayırdı ki, xalqın dili onun ruhu, ruhu isə onun dilidir. Məsələyə bu kontekstdən baxdıqda Qərbi Azərbaycan toplumunun ruhunun ifadə kodu bütün parametrlərdə nəğmə, bayatı, oxşama, əzizləmə, təsnif və s. formalarda biçimlənmiş poetik dillə müəyyənləşir.
Bizi sosial şəbəkədən izləyin