Hava kəskin dəyişir: Bakıya dayanmadan QAR YAĞACAQ TARİX

Tarix: 22 12 2025 17:12

Azərbaycan , ECMWF-in (Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi) Qafqaz üçün ilkin qiymətləndirmələrinə əsasən, 2026-cı ilin qışı ölkə ərazisində əsasən mülayim və dəyişkən keçəcək. 

Sinoptiklər bildirirlər ki, qış aylarında kəskin və uzunmüddətli şaxtalar gözlənilmir, lakin ayrı-ayrı dövrlərdə qısa müddətli soyuq hava dalğaları müşahidə oluna bilər. 

Aran rayonlarında temperaturun çox vaxt normaya yaxın və ya bir qədər yüksək olması, yağıntıların əsasən yağış şəklində düşməsi ehtimal edilir. Dağlıq və dağətəyi ərazilərdə isə qar yağışı və şaxtalı günlər mümkündür. Xüsusilə yanvar və fevral aylarında qar örtüyünün formalaşacağı istisna edilmir. 

Beynəlxalq hava proqnozu platforması olan “Accuweather”in açıqlamasına əsasən, Bakıya ilk qarın 2026-cı ilin fevralında düşəcəyi ehtimal olunur. Qeyd edilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-də qarla müşahidə olunan hava şəraiti mümkündür.

Azportal.az



XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin