“Güclü Ukrayna eyni zamanda güclü Avropa deməkdir”- Şəfahət Avılbəyli

Tarix: 06 01 2026 17:28

 

“Düşünürəm ki, Ukrayna Avropada ərazisinə görə ən böyük dövlətlərdən biridir və onun real mənada güclənməsi Avropanın geosiyasi balansını köklü şəkildə dəyişə bilər. Bu sözləri Azportal.az-a açıqlamasında Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfahət Avılbəyli Ukrayna münaqişəsinin son mərhələsini şərh edərkən bildirib.

 O qeyd edib ki, ABŞ  tarixən Avropanı Rusiyanın daimi təhlükəsi altında saxlamaqla bu vəziyyətdən strateji və siyasi dividendlər əldə edib. Məhz bu kontekstdə Amerikaya Avropada tam güclü, müstəqil və öz təhlükəsizliyini  qura biləcək Ukrayna lazım deyil. Çünki güclü Ukrayna eyni zamanda güclü Avropa deməkdir və bu da ABŞ-ın Avropa üzərində təsir mexanizmlərini zəiflədə bilər,- deyə bildirib.

Müharibənin də məhz bu mərhələdə, yəni münaqişənin nə tam həll olunması, nə də tam nəzarətdən çıxması şəraitində saxlanılması məsələsinə isə Ş.Avılbəyli  bildirib ki, indiki situasiya Amerikanın maraqlarına uyğundur. 

–“Uzanan münaqişə Avropanı daim təhlükə hissi ilə yaşamağa, ABŞ-ın hərbi-siyasi himayəsinə möhtac qalmağa məcbur edir. Bu vəziyyət həm Avropanın müstəqil təhlükəsizlik siyasəti formalaşdırmasını əngəlləyir, həm də regionu Vaşinqton üçün idarə olunan gərginlik zonası kimi saxlayır”-deyə vurğulayıb.

 




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin