Kremldən açıqlama- məlumatlar həqiqətə uyğun deyil.

Tarix: 22 12 2025 17:15

Rusiyanın SSRİ-ni bərpa etməyi planlaşdırdığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Bakuinfo" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əvvəla, biz onların nə dərəcədə etibarlı olduğunu bilmirik. Bəli, bu mövzuda bəzi ayrı-ayrı məlumatları görmüşük, hətta, doğru olsa belə, bu, kəşfiyyatın hansısa yanlış mülahizələr, araşdırmalar və nəticələr çıxardığı hallar sırasındandır. Bu, qətiyyən reallığa uyğun deyil”, - Peskov bildirib.

“Reuters” agentliyi bundan əvvəl ABŞ kəşfiyyat mənbələrinə istinadla yazmışdı ki, Rusiya Prezidenti Vladimir Putinin sovet imperiyasını bərpa etmək, Şərqi Avropa ölkələrinə hücum etmək və Avropada SSRİ-nin təsir zonasını yenidən qurmaq planları var.

 

Azportal.az



XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin