Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Tarix: 07 08 2026 18:14
KiAvqustun 7-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlı rayonlarında olub.
“Qafqazinfo” quruma istinadən xəbər verir ki, səfər çərçivəsində Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul zamanı 16 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı qanunvericiliyin tələblərinə riayət olunması, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial məsələlərlə bağlı olub.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün müasir tələblərə cavab verən şəraitin yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Baş prokuror dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Görüşdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, habelə cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Baş prokurorun müavini - Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək hərbi prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, hərbi qulluqçuların hüquq və qanuni mənafelərinin müdafiəsi, hərbi intizamın möhkəmləndirilməsi və qanunçuluğun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Daha sonra yeni təyin olunmuş prokurorluq əməkdaşı Fuad Mədətov çıxış edərək Qubadlı rayonunda xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu bildirib, yaradılmış şəraitə və göstərilən etimada görə minnətdarlığını ifadə edib.
Sonda Baş prokuror əməkdaşların fikir və təkliflərini dinləyib, qaldırılan məsələlər ətrafında müzakirələr aparıb, prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, qanunçuluğun möhkəmləndirilməsi və qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.






AzPortal.az
Bizi sosial şəbəkədən izləyin