Netanyahu xalqa müraciət etdi: “...hələ bitməyib”

Tarix: 13 10 2025 09:58

İsrailin baş naziri Benyamin Netanyahu xalqa videomüraciət edib.

Modern.az-ın məlumatına görə, Netanyahu bildirib ki, hərbi kampaniya hələ bitməyib.

"Biz hələ də mühüm təhlükəsizlik problemləri ilə üzləşirik. Düşmənlərimizdən bəziləri sağalmağa və yenidən bizə hücum etməyə çalışır. Biz bunun öhdəsindən gələcəyik", - Netanyahu bildirib.

O əlavə edib ki, qələbələr həm də böyük imkanlar yaradır.

 "Birgə işləməklə biz çətinliklərin öhdəsindən gələcəyik və fürsətlərdən istifadə edəcəyik", - İsrailin baş naziri bildirib.

O, girovların ailələrinə səfəri zamanı verdiyi vədləri xatırladıb, İsrail əsgərlərinə və həlak olanların ailələrinə təşəkkür edib.

Netanyahu israilli girovların azad edilməsi ərəfəsində çıxışı zamanı qarşıdan gələn hadisəni “tarixi” adlandırıb.

“Mən bilirəm ki, aramızda çoxlu mübahisələr var. Ancaq ümid edirəm ki, qarşıdakı dövrdə onları bir kənara qoymağa hər cür əsasımız var, çünki birgə səylərimizlə biz bütün dünyanı heyrətə gətirən təsirli qələbələr əldə etmişik”, - deyə İsrailin baş naziri bildirib.




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin