
Avropalıların Zəngilanla sərhəddə nə işi var? - Yeni GÖRÜNTÜLƏR
Tarix: 13 10 2025 10:04
Fələstinin HƏMAS hərəkatı bu gün sərbəst buraxmağı planlaşdırdığı israilli girovların siyahısını açıqlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, siyahıda 20 israilli şəxsin adı yer alıb.
Həmin girovların yaxın saatlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriləcəyi gözlənilir.
“Al Aqsa” telekanalı BQXK əməkdaşlarının artıq girovların təhvil veriləcəyi əraziyə yollandığını bildirib.
Onu da qeyd edək ki, İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində İsrail təqribən 2000 fələstinli məhbusu azad edəcək. Onlardan əksəriyyəti Qəzzaya və yaxud qonşu ölkələrə göndəriləcək.
***
İsrailin “Kan” radiosunun məlumatına görə, HƏMAS 7 nəfərdən ibarət ilk qrupu BQXK nümayəndələrinə təhvil verib.
Digər girovların isə gün ərzində sərbəst buraxılacağı gözlənilir.
Şəfahət Avılbəyli: “Babam Ermənistan SSR-də “Əməkdar müəllim” fəxri adına layiq görülmüş ilk azərbaycanlı olmuşdur”
Qərbi Azərbaycan qədimdən elm, mədəniyyət və ziyalı mühiti ilə tanınmış bir diyardır. Bu bölgə xalqımıza yüzlərlə görkəmli şəxsiyyət bəxş etmişdir. Onlardan biri də ömrünü təhsilə və gənc nəslin maariflənməsinə həsr etmiş, dövrünün ən fədakar müəllimi kimi tanınan Şəmşad Sarı oğlu Əliyevdir.
Şəmşad Sarı oğlu Əliyev Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Əmirxeyir kəndində dünyaya göz açmışdır. O, savadlı ailədə böyümüş, erkən yaşlarından elmə və maarifə böyük maraq göstərmişdir. Dövrün çətin ictimai-siyasi şəraitinə baxmayaraq, təhsilini davam etdirərək müəllimlik peşəsinə yiyələnmişdir.
Şəmşad müəllim müəllimlik fəaliyyətinə başladığı gündən böyük fədakarlığı ilə seçilmişdir.
O, çalışdığı məktəblərdə yalnız dərs deməklə kifayətlənməmiş, həm də gənc nəslin milli ruhda formalaşmasına, mənəvi tərbiyəsinə xüsusi diqqət ayırmışdır. Onun dərs dediyi şagirdlər sonralar müxtəlif sahələrdə tanınmış mütəxəssislər, ziyalılar kimi yetişmişlər.
Müəllimlik fəaliyyətində qazandığı uğurlar, pedaqoji işinə bağlılığı və maarifçilik sahəsində gördüyü xidmətlər nəticəsində Şəmşad Sarı oğlu Əliyev 13 noyabr 1940-cı ildə Ermənistan SSR-də “Əməkdar müəllim” fəxri adına layiq görülmüş ilk azərbaycanlı olmuşdur. Bu fakt onun həm şəxsi fədakarlığının, həm də Qərbi Azərbaycan müəllimlərinin yüksək peşəkarlığının bariz nümunəsidir.
Müsahibimiz Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi, tanınmış. jurnalist, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Avılbəylidir. O, XX əsrin ortalarında bölgədə azərbaycanlıların sıxışdırılması nəticəsində babası Şəmşad müəllim də təqiblərə məruz qaldığını və ailəsi ilə birlikdə doğma yurdunu tərk etməyə məcbur edilməsi haqqında xatirələrini bölüşüb.
– Şəfahət bəy, babanız haqqında oxucularımıza qısaca məlumat verərdiniz.
– Babam Şəmşad Sarı oğlu Əliyev 1903-cü ildə Qazax qəzasının Dilican nahiyəsinin Əmirxeyir kəndində anadan olub. Ömrünü maarifə, insanları savadlandırmağa həsr edən Şəmşad Əliyev Ermənistan SSR-də ilk azərbaycanlı olaraq “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu, 13 noyabr 1940-cı il tarixli fərmanla təsdiqlənib. Bizim ailəmizdə həmin sənəd bu günədək böyük qürurla qorunur. Ümumiyyətlə SSRİ məkanında “ƏMƏKDAR MÜƏLLİM” adı SSRİ Nazirlər Sovetinin qərarı ilə 1940-cı ilin yanvar ayının 11-də təsis edilmişdir və elə həmin ilin noyabr ayında da Ermənistan SSRİ Ali Sovetinin qərarı ilə babama fəxri ad təqdim edilmişdir. Maraqlı hadisələrdən biri isə o olub ki, bu fəxri adı şəxsən Ermənistan Ali Sövetinin sədri Lalayan Misakoviçin göstərişi ilə rəsmi şəxslər tərəfindən Əmirxeyir kəndidə təqdim edilib.
– Onun müəllimlik fəaliyyətinə necə başlamasından danışardınız.
– Babam ilk yeddiillik təhsilini Çaykənd məktəbində alıb. İstedadı nəzərə alınaraq 7-ci sinfi bitirən kimi Əmirxeyir kənd məktəbində ilk ibtidai məktəbin əsasını qoyub. Daha sonra Basarkeçərdə kurs keçib.
Babam eyni zamanda N.Nərimanov adına İrəvan Pedoji Məktəbinin ilk qiyabi məzunlarından biri olmuşdur.
Onun əsasını qoyduğu Əmirxeyir məktəbi sonradan bölgənin elmi-mədəni ocaqlarından birinə çevrildi. Camaat bu məktəbi sadəcə “Şəmşədın məktəbi” adlandırırdılar.
– Maarif sahəsində onun hansı xidmətləri xüsusi qeyd olunmalıdır?
– Ən önəmlisi savadsızlığın ləğvində göstərdiyi fədakarlıq idi. Sovetlər dönəmində kolxozçuların yazıb oxuması ciddi problem idi. Məhz bu səbəbdən axşam kursları təşkil edib, bu fəaliyyətlə kəndin yaşlı nəsli də yazıb-oxumağı öyrənirdi. Onun dərs dediyi kənddə onlarla alim, professor, mühəndis, həkim yetişib. Sənədlərdən də görünür ki, babamın fəaliyyəti bütün Qaraqoyunlu dərəsinin ziyalı mühitini formalaşdırmasında xüsusi xidmətləri olub.
– O dövrdə azərbaycanlı müəllim üçün çətinliklər nədən ibarət idi?
– Çox çətin dövr olub. Həm ictimai-siyasi təzyiqlər, həm də milli ayrı-seçkilik var idi. Amma babam bütün çətinliklərə baxmayaraq, məktəbi ayaqda saxlamağı bacarmışdı. Təəssüf ki, 1948-ci il deportasiyası zamanı o da ailəsi ilə Gədəbəydə Arabaçı kəndinə köçməyə məcbur oldu. Bu köçürülmə proses təkcə babala bağlı deyildi. 1940-1950- ci illərdə Krasnoselsk (Çənbərək) rayonunda Azərbaycanlı əhaliyə qarşı təzyiqlərin gücləndiyi bir dövrdə, həmin rayonun rəhbərliyində olan erməni funksionerlərlə yerli ziyalılar və icma nümayəndələri arasında tez-tez mübahisələr yaranırdı. Xüsusilə 1948-ci ildə baş verən azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası zamanı əmim Cahan Əliyev öz mövqeyini ortaya qoyaraq soydaşlarımızın köçürülməsinə qarşı çıxıb. Rayon rəhbərliyi, o cümlədən birinci katib Manuçuryanla gərgin mübahisələrinə baxmayaraq kəndlərin boşalmasının qarşısını almışdır. O, kəndlilərin torpaqla bağlı hüquqlarını müdafiə edir, “bu torpaqlar ata-baba yurdumuzdur” fikrini qətiyyətlə səsləndirirdiyindən vəzifəsindən azad edilərək təqiblərə məruz qalıb. Manucuryan və onun kimi erməni rəhbərlərin təzyiqlərinə baxmayaraq, Cahan Əliyev geri çəkilməmiş, sonadək Azərbaycan kəndlərinin boşaldılmaması üçün mübarizəsini davam etdirmişdir.
Manucuryan isə bu müqaviməti “siyasi itaətsizlik” adlandıraraq nəinki Cahan əmimə, eyni zamanda babama və bütün qohum-əqrabalar qarşı təqiblərə başlamışdır.
Bu hadisə həm də Qərbi Azərbaycanda ziyalıların sovet-erməni rəhbərliyinə qarşı göstərdiyi səssiz müqavimətin bariz nümunələrindən biri idi.
– Sizcə, onun ən çox xatırlanan insani xüsusiyyətləri nələr idi?
– Babam çox təmiz, mərd və prinsipial insan olub. Dürüstlüyü və alicənablığına ,bir çox insani keyfiyyətlərinə görə ona kənd camaatı “Peyğəmbər adam” deyirdi.
Heç yadımdan çıxmaz 1982-ci ildə “Axırıncı Aşrım” filminə baxırdıq. Onda mənim 8 yaşım var idi. Babam filmə baxdıqca ağlayırdı və filmin yalan olduğunu deyirdi. Babam həmçinin Abbasqulu ağa Şadlinskinin taborunda hərbi xidmət keçdiyi müddətdə onun səxsi mirzəsi vəzifəsini yerinə yetirib. Onu da qeyd edim ki, ata nənəm məşur Yaqublu nəslindən olan Hüseyn ağanın qızı Əzət xanım olub. Bu ayrıca bir tarixi mövzudur. 1918-ci il erməni daşnaqlarının məhz Qaraqoyunlu mahalında köçürülmə və qırğın törətməsinin qarşısını alanlar Əzət nənəmin əmisi oğlanları, hansı ki bölgənin çox məşur insanlar idi, adları tariximizə qızıl hərflərlə yazılmış Mustafa ağa, Qaçaq Məcid kimi qəhrəman şəxsiyyətlər idi.
– Bu gün üçün Şəmşad müəllimin mirası nə deməkdir?
– Onun qoyduğu məktəb və pedaqoji irs bu gün də Qərbi Azərbaycan pedaqoji mühitinin simvoludur deyərdim. Babamın dərs dediyi kəndin şagirdlərindən 15 nəfəri elmlər doktoru, 30-dan çoxu elmlər namizədi olub. Bu fakt onun əməyinin, fədakarlığının ən böyük göstəricisidir.
Bizi sosial şəbəkədən izləyin