İsrail Tehranda gizli dron bazaları qurubmuş - İrana hücumun ŞOK DETALLARI

Tarix: 13 06 2025 13:23

İsrailin İrana hücumu ilə bağlı yeni detallar açıqlanıb.

Modern.az-ın məlumatına görə, İsrail mətbuatı təhlükəsizlik mənbələriə istinadən yazır ki, əməliyyatın məqsədi İranın strateji hərbi infrastrukturu, ballistik raket sistemləri və nüvə proqramına rəhbərlik edən əsas fiqurları öldürmək olub.

Bunun üçün illərlə gizli kəşfiyyat və sabotaj əməliyyatları aparılıb. Bugünkü əməliyyat illərlə planlaşdırılıb və İsrail Müdafiə Qüvvələri, MOSSAD və müdafiə sənayesi arasında sıx əməkdaşlıqla gerçəkləşdirilib.

MOSSAD və İsrail birgə fəaliyyət göstərərək İranın müdafiə rəhbərləri və nüvə alimləri barədə dəqiq məlumat bazası yaradıb. Bu məlumatlar əməliyyat zamanı hədəflənmiş və yüksək dəqiqliklə icra olunmuş qətllərə imkan verib.

Paralel olaraq, İranın strateji raket infrastrukturu həm hava zərbələri, həm də yerli gizli əməliyyatlar vasitəsilə məhv edilib.

Əməliyyatın üç əsas istiqaməti

1. İranda gizli yerləşdirilmiş komando qrupları:

MOSSAD-ın xüsusi təyinatlıları mərkəzi İrana sızaraq hava hücumundan əvvəl strateji ərazilərdə dəqiq idarə olunan raket sistemləri yerləşdirib. Hava hücumu başladıqda bu silahlar sinxron şəkildə işə salınıb və İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilib.

2. Mülki avtomobillərdə gizlədilmiş hücum texnologiyaları:

İsrailin texnoloji imkanları sayəsində hazırlanan silah sistemləri İran ərazisində mülki avtomobillərə yerləşdirilib. Əməliyyat zamanı bu “yatmış” hücum platformaları aktivləşdirilərək hava hücumundan müdafiə obyektlərini məhv edib.

3. Gizli dron bazaları:

MOSSAD-ın illər əvvəl İrana sızdırdığı partlayıcı yüklü PUA-lar (dronlar) üçün gizli bazalar yaradılıb. Əməliyyat zamanı bu PUA-lar Tehranın yaxınlığındakı Əsfəcabad bazasındakı raket komplekslərini məhv etmək üçün havaya qalxıb və hədəfi uğurla vurub.

Təhlükəsizlik mənbəsinin açıqlamasına görə, bu əməliyyat “cəsarətli və mürəkkəb planlama, strateji düşüncə və yüksək texnologiyanın vəhdəti” ilə reallaşdırılıb:

“Bu missiya kəşfiyyatın dəqiqliyi, texnologiyanın gücü və yerli operativlərin fədakarlığı sayəsində mümkün oldu. İranın strateji imkanlarına ağır zərbə vurmaqla biz bir daha göstərdik ki, İsrail düşmənlərinə kütləvi qırğın silahları əldə etməyə heç vaxt imkan verməyəcək”.

 

Azportal.az



XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin