"Qarabağ"ın rəqibləri müəyyənləşdi

Tarix: 30 08 2024 15:15

UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılır.

Axar.az xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək

Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alacaq.

Yarışda ilk dəfə Liqa formatı tətbiq olunacaq və 36 komanda iştirak edəcək. Yeni format üçün tarixdə ilk dəfə hibrid püşkatma üsulundan istifadə ediləcək. Müvafiq olaraq, püşkdə klublar əl ilə çəkiləcək, daha sonra kompüter nəzarəti ələ alacaq və komandaların 8 rəqibini seçəcək. Püşkatmanın uzun zaman aparmamasına görə belə üsuldan istifadəyə qərar verilib.

36 komandanın hər birinin rəqibi hər səbətdən çıxan 2 komanda olacaq. Yeni formata əsasən hər komanda 8 fərqli rəqiblə 8 matç keçirəcək. Oyunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq.

Yekunda 36 komanda arasında ən çox xal toplayan ilk 8 yeri tutan komanda 1/8 finala yüksələcək. 9-24-cü yeri tutanlar isə 1/8 finalda oynamaq üçün iki matçdan ibarət pley-off qarşılaşmaları keçirəcəklər. 25-36-cı yeri tutanlar isə avrokuboklarda mübarizəni başa vuracaqlar.

Avropa Liqası, Liqa mərhələsinin püşkatması

1-ci səbət

"Roma" (İtaliya)

"Mançester Yunayted" (İngiltərə)

"Portu" (Portuqaliya)

"Ayaks" (Niderland)

"Reyncers" (Şotlandiya)

"Ayntraxt" (Almaniya)

"Latsio" (İtaliya)

"Tottenhem" (İngiltərə)

"Slaviya" (Çexiya)

2-ci səbət

"Real Sosyedad" (İspaniya)

"AZ Alkmaar" (Niderland)

"Braqa" (Portuqaliya)

"Olimpiakos" (Yunanıstan)

"Lion" (Fransa)

PAOK (Yunanıstan)

"Fənərbaxça" (Türkiyə)

"Makkabi" (Tel-Əviv, İsrail)

"Ferentsvaroş" (Macarıstan)

3-cü səbət

"Qarabağ" (Azərbaycan)

"Qalatasaray" (Türkiyə)

"Viktoriya" (Çexiya)

"Budo-Qlimt" (Norveç)

"Yunion" (Belçika)

"Dinamo" (Kiyev, Ukrayna)

"Ludoqorets" (Bolqarıstan)

"Midtülland" (Danimarka)

"Malmo" (İsveç)

4-cü səbət

"Atletik" (İspaniya)

"Hoffenhaym" (Almaniya)

"Nitsa" (Fransa)

"Anderlext" (Belçika)

"Tvente" (Niderland)

"Beşiktaş" (Türkiyə)

FKSB (Rumıniya)

RFŞ (Latviya)

"Elfsborq" (İsveç)

 

 





https://youtu.be/UyEMgmLssxw
XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin