Prezident “Əfsanəvi Rembo” ləqəbli şəhidin qardaşını TƏLTİF ETDİ


      Bölmə: Gündəm Tarix: 01.07.2022 / 15:50 Baxış sayı: 19

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

“İgidliyə görə” medalı ilə təltif olunan polis polkovnik-leytenantı Qaflanov Qurban Oruc oğlu Vətən müharibəsində şəhid olan Daxili Qoşunların “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri, mayor Şixamir Qaflanovun qardaşıdır. 

Qeyd edək ki, şəhid mayor Şixamir Oruc oğlu Qaflanov 1986-cı ildə Zaqatalanın Dombabinə kəndində anadan olub. Daxili Qoşunların “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Vətən müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Tabeliyində olan şəxsi heyətlə qatıldığı 23 döyüşdə düşmənin canlı qüvvəsini məhv edilməsində fərqlənib. Xüsusi təyinatlılar arasında “Əfsanəvi Rembo” ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində şəhid olub.

Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunan Şixəmir Qaflanov şəhid olanda qızı Mədinə 4 aylıq idi. (unikal)











OXŞAR XƏBƏRLƏR

Prezident İlkin Süleymanovla bağlı həbs qərarı verən hakimi işdən çıxardı


General rütbəsi alan polis rəislərinin vəzifələri nə idi?


Prezident 4 polis polkovnikinə general rütbəsi verdi - Adlar


Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlandı


“Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim” - Könül Xasıyeva


DTX Gömrük Komitəsində daha bir əməliyyat keçirdi - Saxlanılanlar var