Müəllim işdən çıxarıldı İmişli rayonu Aranlı kəndi
Tarix: 24 09 2024 15:21
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladıqları ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib.
İşğaldan azad edilən ərazilərdə geniş bərpa prosesi aparılsa da, dağıntılar olan yerlərdə erməni vandalizminin miqyasını aydın şəkildə görmək olur. Yüzlərlə yaşayış məntəqəsi tamamilə yerlə-yeksan edilib.
Ermənsitanla Azərbaycan arasında sülh danışıqlarından və ilkin sülh müqaviləsindən danışarkən daha çox delimitasiya, demarkasiya prosesindən, anklav, eksklavların taleyindən, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddiasını özündə ehtiva edən bəndlərin dəyişdirilməsindən bəhs edirik. Lakin yuxarıdakı faktlar gözardı edilməməli və rəsmi İrəvan Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövrü və İkinci Qarabağ müharibəsi zamanı ərazilərimizə vurduğu ziyana görə təzminat ödəməlidir.
Prinsip etibarilə bu məsələ bir müddətdir gündəmdən çıxmış kimi görünsə də, aktual saxlanılması və sülh müqaviləsində qeyd edilməsi vacibdir. Rəsmi Bakı sülh müqaviləsinin imzalanmasında maraqlı, hətta israrlıdır. Regionda yeni eskalasiya bizə lazım deyil. Bununla belə sülhün qalıcı olması üçün bütün problemli məsələlərin müqavilədə əks olunması və riayət edilməsi də vacibdir. Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat da bu məsələlərdən biridir.
Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur
Bizi sosial şəbəkədən izləyin