Tərtər rayonunun Bayandur kəndində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən korroziyaya uğramış qaz xətlərinin yenilənməsi prosesi həyata keçirilir. AzPortal xəbər verir ki,İşlərin hansı səviyyədə olmasını mikrofon önünə keçən Birliyin böyük mühəndisi dəqiqliyi ilə çatdırdı. Köhnə qaz xətlərinin yenilənməsi daha çox Bayandur kənd sakinlərini sevindirir desək yanılmarıq. Qeyd edək ki, Bayandur kəndində işlərə cari ilin əvvəlindən başlanılıb. İlin sonuna kimi nəzərdə tutulan qaz xətlərinin tam yenilənərək istifadəyə verməsi planlaşdırılır.