Azərbaycan daha böyük nailiyyətlər qazana bilərdi – Hikmət Hacıyev
Tarix: 18 09 2024 12:23
İranın Beyrutdakı Səfirliyi ölkənin diplomatik missiyasının rəhbəri Müctəba Əmaninin partlayış zamanı gözünü itirməsi barədə yayılan məlumatları təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, İran səfirliyi bu barədə “X” hesabında paylaşım edib.
“Həmvətənlərimiz və media nümayəndələrini məlumatlandırmaq istəyirik ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir. Əmaninin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr yalandır”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “The New York Times” İran İslam İnqilabı Keçişkiləri Korpusunun nümayəndələrinə istinadən Beyrutda peycerlərin anidən partlaması nəticəsində səfir Müctəba Əmaninin bir gözünü itirməsi, digər gözündən isə ağır yaralanmasını yazıb
Bizi sosial şəbəkədən izləyin