Müəllim işdən çıxarıldı İmişli rayonu Aranlı kəndi
Tarix: 31 08 2024 14:46
Ermənistan Azərbaycanı sülh sazişinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və qalanları üzərində işləməyə dəvət edir.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Sülh müqaviləsinin son layihəsində 17 maddə var, bunlardan 13-ü artıq tam razılaşdırılıb, daha üç maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb. Bütün fundamental prinsiplər orada Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlıdır. Ona görə də bu, mümkündür”, - Paşinyan bildirib.
Ermənistanın baş naziri hesab edir ki, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilməz. Bu səbəbdən də sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulması üçün platforma yaratmaq mümkün olacaq ki, bu da digər məsələlərin həllini xeyli asanlaşdıracaq.
Bizi sosial şəbəkədən izləyin