Müəllim işdən çıxarıldı İmişli rayonu Aranlı kəndi
Tarix: 27 08 2024 15:59
Milli Məclisin 2-ci çağırış deputatı olmuş Cahangir Hüseynov pensiyasından 36 min 112 manat tutulmasına görə Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, keçmiş deputat iddia edib ki, ondan xəbərsiz pensiyasından 56 min 525 manat tutulması barədə sərəncam qəbul edilib. Sərəncam belə əsaslandırılıb ki, 2007-2017-ci illər ərzində C.Hüseynova sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilib. (əvvəllər daxili işlər orqanlarında işləyib-red) Ümumilikdə isə 10 il ərzində ona 56 min 525 manat artıq pensiya ödənilib. Həmin pensiya məbləğinin 36 min 112 manat hissəsi 2017- 2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulub. Qalıq borcu isə 22 min 8 manat təşkil edib.
Eks-deputat Bakı İnzibati Məhkəməsində cavabdeh qismində iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qalib gəlib.
Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı Hüseynova ödənilmiş artıq pensiya onun səhvi deyil. Belə olan halda ondan pul tutulması qanunsuzdur. Qərar qəbul edilib ki, iddiaçıdan tutulmuş 36 min 112 manat geri qaytarılmalı, qalıq məbləğin onun pensiyasından çıxılması dayandırılmalıdır.
Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə DSMF-nin şikayətini əsaslı hesab edib. Yüksək instansiya məhkəməsi yenidən baxılması üçün şikayəti geri qaytarıb.
Bakı Apellyasiya Məhkəməsindəki ikinci icraat zamanı isə fərqli qərar qəbul edilib. Budəfəki məhkəmə tərkibi hesab edib ki, bu işdə hər iki tərəf təqsirlidir. Belə olan halda tərəflərin məsuliyyəti bərabər bölünməlidir.
Bu səbəbdən tərəflərin şikayətləri qismən edilib.
Qərara əsasən, Cahangir Hüseynovun pensiyasından 15 min 52 manat məbləğində pulun tutulması qanunsuz hesab edilib. Həmin pulun ona qaytarılması cavabdehə həvalə edilib. Həmçinin iddiaçıdan başqa pul vəsaitinin tutulması qadağan edilib. Ali Məhkəmə qərarı qanunauyğun hesab edib.
Beləliklə, C.Hüseynovun pensiyasından tutulan 36 min 112 manat məbləğdən yalnız 15 min 52 manatı ona qaytarılıb. Nəticədə 21 min 60 manatı ondan geri alınmış olub.
Qeyd edək ki, Cahangir Hüseynov 90-cı illərdə bir müddət Abşeron, sonradan Ağdaş, Biləsuvar, Sabirabad rayonlarında polis rəisi işləyib. 1994 cü ildə onun həyatına sui-qəsd təşkil olunub. Həmin vaxt azyaşlı oğlu və yaxın qohumları qətlə yetirilib.
2000–2005-ci illərdə millət vəkili olmuş Hüseynov sonradan bizneslə məşğul olmağa başlayıb
AzPortal
Bizi sosial şəbəkədən izləyin