Biləsuvarda 5 kəndin qazı KƏSİLDİ

Tarix: 27 08 2024 15:48

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Modern.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Ovçubərə” qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.

Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.

 




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin