Qarabağ Universitetinin loqosu- 5 təklif

Tarix: 31 07 2024 16:45

Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə 2024-cü ilin iyul ayının 4-dən 17-dək elan edilən müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq loqo təklifi müvafiq qaydada dəyərləndirilib.
  

Modern.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin yaydığı məlumatda bildirilib.
  

“Seçilmiş 5 loqo təklifini ictimaiyyətin müzakirəsinə təqdim edirik.
  

Peşəkar mütəxəssislərdən ibarət İşçi Qrupu daxil olacaq rəylər əsasında 5 təklifdən birini qalib elan edəcək.
  

Rəylərinizi böyük məmnuniyyətlə, 5 avqust 2024-cü il tarixinədək gözləyirik», - deyə Universitetin yaydığı məlumatda vurğulanıb.

 




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin