Hindistan səfirliyi Beynəlxalq Yoqa Gününü qeyd edib

Tarix: 26 06 2024 22:57

Hindistanın Azərbaycandakı səfirliyi 10-cu Beynəlxalq Yoqa Gününü qeyd edib.

Səfir Sridharan Madhusudhanan öz çıxışında yoqanın hərtərəfli faydalarını vurğulayıb. Builki yoqa tədbirinin şüarı belə idi: Yoqa birimiz üçün, yoqa hamımız üçün.

Yoqa təlimatçıları Kənan Məmmədov və Elçin Quliyev keçirtdikləri seanslarda iştirakçılara müxtəlif duruşlar və nəfəs məşqlərini nümayiş etdiriblər.
Tədbirdə, həmçinin Səidə Əliyevanın hind klassik rəqsi nümayiş etdirilib. Tədbirin 200-dən çox iştirakçısı arasında xüsusi qonaq Milli Məclisin deputatı, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Naqif Həmzəyev, o cümlədən Hindistanın nüfuzlu şəxsləri, dostları və səfirlik rəsmiləri də var idi.

Xatırladaq ki, iyunun əvvəlində səfirlik Bakının bəzi əhəmiyyətli görməli yerlərində tədbirlər keçirtmişdi. İyunun 5-də “Atəşgah” məbədindəki açılış tədbirindən sonra Şirvanşahlar sarayında və Yanardağ məbədində yoqanın qədim adət-ənənələri ilə müasir rifahın sintezini nümayiş etdirən silsilə tədbirlər təşkil olunub.




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin