Paşinyan İrandadır VIDEO

Tarix: 30 07 2024 12:13

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana səfər edəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzasında öləndən sonra növbədənkənar prezident seçkiləri elan edilib. Seçkilərdə 53,6% səs toplayan M.Pezeşkian İranın 9-cu prezidenti seçilib.

N.Paşinyan artıq İrandadır.

O, əvvəlcə yeni prezident Məsud Pezeşkianla görüşəcək, daha sonra onun andiçmə mərasimində iştirak edəcək.




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin