Orbanın açıqlaması erməniləri qorxutdu -

Tarix: 28 07 2024 20:59

Nikol Paşinyan hökumətinin qərbpərəst siyasəti Ermənistanı ukraynalaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

Onun sözlərinə görə, Ermənistan bu siyasətin ağır bədəlini ödəməyə məcbur ola bilər:

"Macarıstan Baş naziri Viktor Orban söyləyib ki, Rusiya rəhbərliyi hiperrasionaldır və Ukrayna heç vaxt Avropa Birliyinə (AB) və ya NATO-ya daxil olmaq ümidini reallaşdıra bilməz.

Düşünmürəm ki, AB-də bu fikirdə olan yeganə lider Orbandır, o, sadəcə başqalarının susduğu fikirləri tez-tez səsləndirən yeganə şəxsdir.

Ukrayna çox ağır bədəl ödədi və dövlətçiliyin dağılması ilə üzləşdi, amma onun NATO və AB-yə üzvlüyü təmin edilmir, daha doğrusu, bu, yaxın gələcəkdə real perspektiv deyil.

Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizi ayağa qaldıracaq"




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin