Səbuhi Rəcəb gəlinini öldürən qayınatanın yaxınlarından 155 min alıb

Tarix: 24 06 2024 18:02

Xəbər verdiyimiz kimi, üç ildir həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb yenidən cinayət məsuliyyətinə cəlb edilib. 7 il 6 həbs cəzası verilmiş S.Rəcəb bu dəfə kikboksinq üzrə dünya çempionu Elman Mirzəyevlə əlbir olaraq dələduzluq etməkdə təqsirləndirilir.

“Qafqazinfo” Səbuhi Rəcəbin cinayət işi ilə bağlı maraqlı epizod əldə edib.

S. Rəcəb barəsində yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.

Bu məqamda xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banı Məhərrəmovanı balta ilə doğrayıb, daha sonra hissələrini toplayaraq zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətdiyini etiraf etdiyi ifadəsi yayılıb.




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin