“Effektiv Ünsiyyət Bacarıqları” layihəsi başa çatıb
Tarix: 28 07 2024 00:29
Bu gün Biləsuvarda faciəli hadisə baş verib.
Hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər Sabunçu rayon sakini , 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.
Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun FHN-in əməkdaşı olduğu bildirilsə də, qurumdan sorğumuza cavab olaraq qeyd edilib ki, mərhum Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edilən mütəxəssis olub. Azportalın əldə etdiyi məlumata görə Texnika elmləri üzrə fəlsəf\ doktoru,dosent Fövzü Quliyev AMİU-nin İnşaat fakültəsinin dekan müavini,eyni zamnda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.
Bizi sosial şəbəkədən izləyin