Gədəbəy güclü sel müşahidə olunub... - video

Tarix: 28 07 2024 00:08

Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

 




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin