Azərbaycan daha böyük nailiyyətlər qazana bilərdi – Hikmət Hacıyev
Tarix: 10 07 2024 14:18
Bakıda yerləşən "Stimul Hospital"da 32 yaşlı qadının ölümü ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı iyulun 9-da klinikada vəfat edib. Onun meyiti ekspertiza müayinəsindən keçib və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.
Özəl xəstəxana isə xəbəri təkzib edib. "Stimul Hospital"dan Oxu.Az-a bildirilib ki, orada belə bir hadisə baş verməyib.
Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə "Stimul Hospital"da qeydə alınıb.
Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Ölüm faktı ilə bağlı prokurorluq araşdırma aparır.
Bizi sosial şəbəkədən izləyin