"Konstitusiya və Suverenlik ili” çərçivəsində Yekaterinburqda - VİKTORİNA

Tarix: 25 05 2025 13:16

"Konstitusiya və Suverenlik ili” çərçivəsində "Yekaterinburq" Kitabxana Mərkəzində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə Yekaterinburq şəhərində  təhsil alan azərbaycanlı tələbələr arasında peşəkar əsasda viktorina keçirildi.  Azportal.az  xəbər verir ki, Viktorinanı giriş sözü ilə açan baş konsul v.i.e Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə konustitusiya və suverenlik ilinə həsr olunmuş intellektual yarışın əhəmiyyətindən bəhs ediblər və  komandalara uğurlar arzulayıblar. Peşəkar əsasda tərtib olunan viktorina 3 raund və duel hissəsindən ibarət olub. Yekunda komandalar tərəfindən toplanan balların miqdarına görə qaliblər aşağıdakı kimi müəyyən olunub:
1-ci yer - "Zəfər" komandası
2-ci yer - “Nar” komandası
3-cü yer - “Xraniteli Oqnya” komandası.
Qaliblərə Baş Konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları, hədiyyə olaraq Baş Konsulluğun ofis dəsti və müvafiq yerlərə görə diplomlar təqdim olunub. Digər komandaların  üzvlərinə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib. 

Azportal.az



XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin