Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE

Tarix: 13 05 2025 17:17

Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.

 Qeyd edək ki, Konstitusiyanın 133-cü maddəsinin IV bəndinə əsasən hərbi prokuroruı Baş prokurorun təqdimatı ilə Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Modern.az saytı yeni hərbi prokurorun qısa dosyesini təqdim edir:

 Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsini bitirib.

B.Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunmuşdu.

 2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb.

 

Azportal.az



XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin