Salyanda TIR-ın çəni partladı: yaralılar var - Rəsmi

Tarix: 25 01 2025 23:32

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var.

 Hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.

İlkin məlumata görə, TIR-da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb. Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1983-cü il təvəllüdlü Paşa Cabbar oğlu Əliyev və onun oğlu 2009-cu il təvəllüdlü Qismət Paşa oğlu Əlizadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

 




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin