"Ermənistana sülh sazişi ilə bağlı yeni təkliflər paketi göndərilib"

Tarix: 27 06 2024 14:49

"Sülh sazişinin imzalanması üçün işlər aparılır. Bir neçə gün bundan öncə tərəfimizdən Ermənistana son layihə təqdim edilib".
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, Ermənistan konstitusiyasında hələ də Azərbaycana ərazi iddiası ilə bağlı bənd var: "Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik".
 
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində işlər davam etdirilir: "Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Delimitasiya komissiyaları arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".




XƏBƏR LENTİ
Bütün xəbərlər

Bizi sosial şəbəkədən izləyin