“Effektiv Ünsiyyət Bacarıqları” layihəsi başa çatıb
Tarix: 06 12 2024 14:17
Layihənin rəhbəri Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisasının məzunu Nihad Məhərrəmov layihə çərçivəsində keçirilən təlimlərdə mühəndislik sahəsinin cəmiyyətdəki rolu və əhəmiyyəti barədə danışıb. O, gənclərə mühəndisliyin innovativ həllərin yaradılmasında və texnoloji inkişafın təmin edilməsində oynadığı əsas rol haqqında ətraflı məlumat verib.
Təlimlər çərçivəsində mühəndisliyin müxtəlif aspektləri, onun iqtisadiyyata və gündəlik həyata təsirləri mövzusunda müzakirələr aparılıb. Ümumilkdə təlimlərdə 30 gənc iştirak edib, onlara robotlaşdırma və dron texnologiyaları sahəsində ilkin biliklər verilib. 5 moduldan ibarət təlimlərdə iştirakçılar müvafiq texnologiyaların nəzəri əsasları ilə yanaşı, praktiki bacarıqlar da əldə ediblər.
Təlimlərin sonunda layihədə uğurla iştirak edən gənclərə sertifikatlar təqdim olunub.
Layihə Azərbaycanda gənclərin mühəndislik sahəsinə marağını artırmaq və onları bu sahədə bilik və bacarıqlar əldə etməyə təşviq məqsədi daşıyır.
Bizi sosial şəbəkədən izləyin