Azərbaycan daha böyük nailiyyətlər qazana bilərdi – Hikmət Hacıyev
Tarix: 21 11 2024 13:51
Bakı Avrasiya Universitetinin (BAAU) bir qrup tələbəsi Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllü olaraq aktiv iştirak edirlər.
Könüllü tələbələr texniki dəstək göstərir, xarici qonaqlara bələdçilik edir və tədbirin ümumi işinə əhəmiyyətli töhfələr verirlər.
Bununla yanaşı, universitetin müəllim və tələbələri COP29 çərçivəsində təşkil olunan "Yaşıl Zona"nı ziyarət edərək müxtəlif ölkələrin, yerli və xarici şirkətlərin guşələri ilə tanış olurlar. Onlar təqdim olunan ekoloji layihələr və innovativ həllərlə yaxından maraqlanaraq iqlim dəyişmələri mövzusunda biliklərini daha da artırıblar.
Qeyd edək ki, BAAU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş müxtəlif tədbirlərin təşkilinə xüsusi önəm verilib. Universitetdə iqlim dəyişikliyi, davamlı inkişaf və ekoloji məsuliyyət mövzularını əhatə edən seminarlar, müzakirələr və maarifləndirici layihələr həyata keçirilib.
Bizi sosial şəbəkədən izləyin