"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi
Tarix: 26 10 2024 23:10
oktyabrın 22-də Bakının Sabunçu rayonu ərazisindəki keçiddə iki nəfər subasması səbəbi ilə boğularaq ölüb. Çoxları bu məsələdə həmin tuneli inşa edən “Körpü Bina Tikinti” MMC-ni günahkar görür. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bir çox tikinti normativlərinə əməl edilmədiyi üçün belə bir faciənin baş verdiyini qeyd edib.
Maraqlıdır, “Körpü Bina Tikinti” MMC bu məsələdə özünü günahkar hesab edirmi? Bundan başqa, şirkət həlak olanların ailəsinə başsağlığı veribmi?
Məsələ ilə bağlı Globalinfo.az “Körpü Bina Tikinti” MMC ilə əlaqə saxlayıb.
Özünü həmin şirkətin hüquq şöbəsinin işçisi kimi təqdim edən Rüfət adlı bir şəxs (soyadını deməkdən imtina edib-red.) bu məsələdə “Körpü Bina Tikinti” MMC-nin günahının olmadığını deyib:
“İradların bizə yönləndirilməsi düzgün deyil. Körpü layihələrə və qaydalara uyğun olaraq tikilib, təhvil verilib. Uçan körpü deyil, körpünün konstruktiv quruluşunda heç bir problem də yoxdur. Ora qoyulan su motorlarının da hamısı sertifikata uyğundur. İstənilən tikinti şirkəti iş bitdikdən sonra onu təhvil verirlər. Ona xidmət göstərən, istismarını həyata keçirən digər təşkilatlar olur. Həmin gün Bakıda həqiqətən də normadan artıq yağış yağdığı üçün tək o körpü yox, digər körpülərin altında da subasma halı yaşanıb. Burada heç bir tikinti təşkilatı günahkar ola bilməz. Hesab edirik ki, həm kanalizasiyaların suyu tam qəbul etməməsi, həm digər məsələlər belə vəziyyət yaradıb”.
Şirkətin işçisi iki nəfərin sağ qalma imkanlarının olduğunu qeyd edib:
“Allah rəhmət eləsin, dərdləri ağırdır. Amma görüntülərdən də görünür ki, onların xilas olması üçün kifayət qədər vaxtları olub. Su birdən-birə artmayıb, yavaş-yavaş dolub. Dizdən, beldən olana qədər rəhmətliklər xilas ola bilərdilər. Hətta onlara xilas edilmələri üçün təklif də olunub. Niyə razı olmayıblar, Allah bilir. İki nəfər ölüb deyə körpünü inşa edən “Körpü Bina Tikinti” MMC-ni təqsirləndirmək üçün səbəb axtarmağın mənası yoxdur”.
“Körpü Bina Tikinti”nin Rüfət adlı əməkdaşı subasma zamanı boğulan yaxınlarına başsağlığı vermədiklərini bildirib:
“Günah bizdədirmi ki, o ailəyə baş çəkək? Bizim şirkətin bu məsələdə heç bir günahı yoxdur. “Körpü Bina Tikinti” MMC körpünü 4 il əvvəl təhvil verib. Bir il də zəmanət müddəti var və onlara nəzarət edir. Ondan sonra tikinti şirkəti oradan çıxır. Çünki həmin inşa olunan yer şirkətin şəxsi mülkiyyəti deyil. Ömür boyu körpüyə xidmət göstərmək kimi bir vəzifəsi yoxdur”.
Bizi sosial şəbəkədən izləyin