Azərbaycan xəbər portalı

Polis Akademiyasına QƏBUL: “…Qızlar yalnız bu halda təhsil ala bilərlər”

əbər verdiyimiz kimi, yanvarın 22-dən etibarən Polis Akademiyasına qəbul başlanılıb. Qeydiyyat prosesi mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.

Bəs, görəsən, akademiyaya qəbul prosesi necə keçirilir? Abituriyentlər qəbul prosesində  hansı nüanslara diqqət etməlidirlər?

Bu barədə təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi)  AzEdu.az-a açıqlama verib.

Ekspert qəbul şərtlərinə və proseslərinə nəzər salıb:

“Avqust ayına qədər 16 yaşı tamam olmuş, eləcə də 18 yaşına qədər olan oğlan abituriyentlər müəyyən edilmiş fiziki göstəricilərə cavab verirlərsə, qəbul prosesində iştirak edə bilərlər. Müraciət edən namizədlər Daxili İşlər Nazirliyinin yerli polis şöbələrinə, eləcə də DİN-in əsas inzibati binasına yaxınlaşaraq ilkin qeydiyyatdan keçirlər. Qəbul prosesi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi  III ixitsas qrupunun DT (Dil-tarix) altqrupu üzrə aparılır. Həm buraxılış, həm də blok imtahanı əsasında müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər Polis Akademiyasına qəbul olurlar.

Qəbul nəticələrinə qədər akademiyanın keçirdiyi müvafiq sağlamlıq və fiziki göstəriciləri özündə əks etdirən imtahanlar təşkil olunur ki, həmin imtahanlardan abituriyentlərin keçməsi vacibdir. Burada onların görmə qabiliyyəti (yaxın, uzaq), fiziki göstəriciləri (qaçış, uzunluq, tullanma) və s. yoxlanılır. Bundan əlavə mandat mərhələsində namizədlərə müvafiq suallar verilir. Bütün mərhələləri uğurla keçən abituriyentlərin imtahan nəticələri müsabiqə şərtlərini ödədiyi halda akademiyaya qəbul ola bilərlər.

E.Əfəndi qeyd edib ki,  Polis Akademiyasına nəticələri digər mülki ali təhsil müəssisələrinə qəbulun nəticələrindən əvvəl elan olunur:

“Bunun əsas səbəbi ondan ibarətdir ki, hər hansısa bir namizəd akademiyaya qəbul ola bilməsə, mülki ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə bilsin.

Bu il Polis Akademiyasına qəbulun plan yerləri 500-ə çatdırılıb. Eyni zamanda ötən il keçid balı 439-da qərarlaşdı. Bu il də təxminən keçidin 400 baldan yüksək olacağı proqnozlaşdırılır. Polis Akademiyasında təhsil almaq abituriyentlər üçün üstünlükdür deyərdim, çünki məzun olanlar bilir ki, hüquqşünaslıq ixtisasına yiyələnmiş olacaq, leytenat rütbəsi qazanacaq, təyinatı olacaq, yataqxana, qidalanma, geyim kimi problemlərlə qarşılaşmayacaq.

Hər hansısa mülki ali təhsil müəssisəsinin hüquqşünaslıq ixtisasına qəbul olan tələbə istər qidalanma, istər geyim, istərsə də yataqxana baxımından müəyyən problemlərlə üzləşdiyi halda, Polis Akademiyasında belə bir hal yoxdur. Düşünürəm ki, abituriyentlər bunu dəyərləndirməlidirlər”.

“Hüquqşünaslıq, eləcə də digər humanitaryönümlü ixtisasları bitirmiş şəxslər  müsabiqə əsasında Polis Akademiyasında qiyabi təhsil ala bilərlər”,- deyə təhsil eksperti vurğulayıb:

“Polis Akademiyasına əvvəlki illərdə qızların qəbulu prosesi olsa da, hazırda buna müəyyən səbəblərdən icazə yoxdur. Lakin bu o demək deyil ki, xanım namizədlər daxili işlər istiqamətində çalışa bilməzlər, yaxud akademiyada oxuya bilməzlər, xeyr. Müvafiq mülki ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisasını bitirmiş, eləcə də digər, humanitaryönümlü ixtisas məzunları müsahibə məhrələsi, yaxud sonradan ixtisas üzrə vakansiya əsasında müsabiqə ilə Polis Akademiyasında qiyabi təhsil ala, daxili işlər orqanlarında çalışmaq imkanı əldə edə bilərlər.

Qadınların iştirak etməməsinə gender məsələsi kimi yanaşmaq fikrimcə doğru deyil. Mənə görə qızların akademiyaya qəbulu doğru addımdır. Hüquq mühafizə orqanlarında çalışan qadınlar var ki, onların da ali təhsilli olması vacibdir. Düşünürəm ki, bir neçə ildən sonra aidiyyatı qurumlar xanım namizədlərin qəbulu istiqamətində qərar verərlər”.

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.